XƏBƏRLƏR
1-14 oktyabr, 2001. Lənkəran şəhər 4 nömrəli məktəbində Gənclərin Demokratik İnkişafı proqramının kursları keçirilmişdir. Kurslarda Lənkəran şəhərinin müxtəlif məktəblərindən olan şagirdlər iştirak etmişdir. Kurslar ABŞ-ın ACCELS təşkılatı tərəfindən maliyyələşdirilmişdir.
25 sentyabr, 2001. Lənkəran
Dövlət Dram Teatrında yeni mövsümün açılışı
olmuşdur. Açılış günü Suleyman Rüstəmin əsərinin
tamaşası səhnəyə qoyulmuşdur. Teatrın bədii
rəhbəri Elşad Zeynalov teatrsevərləri
salamlamış və Lənkəran teatrının tarixindən
danışmışdır. Hal hazırda Lənkəran
teatrında 2 xalq artisti və bir neçə əməkdar artist fəalıyyət
göstərir. Teatr yenı mövsümdə də problemlərsiz deyil.
Teatrın əsaslı təmirə ehtıyac duyur.
20 sentyabr, 2001. Azərbaycan Sahibkarlar Konfederasıyaları Assossasıyasının Lənkəran şəhərində şöbəsi açılmışdır. Bu Sahıbkarlar Konfederasiyası Assossasiyasının cənub zonasında ilk şöbəsidir Açılış mərasimində Azərbaycan Sahıbkarlar Konfederasıyaları Assossasıyasının fəxrı prezidenti, Azərbaycan xarici İşlər Nazirinin birinci müavini Mahmud Məmmədquliyev, şəhər icra hakımıyyətının başçısı Yaşar Rzayev və digər məsul şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri iştrak etmişlər. Şakır Lətifov Assosassiyanın Lənkəran şöbəsinin rəhbəri seçilmişdir.
18 sentyabr, 2001. Lənkərandan olan millət vəkilləri Ağakərim Şərifov və Miri Qəmbərov rayonda seçicilərlə görüş keçirmişlər. Görüşdə seçicilərin suallarına cavab verilmiş, onların əsas problemləri müzakirə edilmişdir.
10 sentyabr, 2001. Lənkəran şəhər Bələdiyyəsində Səhıyyə şöbəsi açılmışdır. Şöbə Lənkəran şəhər səhiyyəsinin inkişaf etdirilməsi, əsas problemlərin həlli ilə məşğul olacaq. Burada həmçinin şəhər əhalisinin sağlamlığının qorunması yolunda yenı planların həyata keçirilməsi, o cümlədən şəhərdə yeni xəstəxanaların tikilməsi nəzərdə tutulub.Şöbə rayonda fəalıyyət gçstərən xəstəxana, hospital və digər tibb müəssisələrı ılə sıx əlaqələr yaratmışdır.