DAHİ ŞƏXSİYYƏTLƏR
Həzi Aslanov
Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə adı qızıl hərflərlə yazılmış sərkərdələrdən bir də Həzi Aslanovdur.
Həzi Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Sonra o komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktabinə göndərilib. 1929 cu ildə oranı bitirdikdən sonra Leningrad suvari məktabinə daxil oldu. Iki illik təhsildən sora o Kotovsk adına III Bessarabiya süvari diviziyasında bzvod komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə möhkəm bağlanan həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrəir həm də öyrədirdi.
Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941 ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941 ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 ci il 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943 cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumarı davam etdirdilər. Aslanovun briqadası iyunun24-dən iyulun 13-dək düşmənə ağür zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə , general özü isə ikinci dərəcəli suvorov ordeninə layiq görüldü.
1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1 ci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir.
24 yanvar 1945 ci ildə Həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadig bir əsgər kimi xidmət göstərmişdir. Ölümündən 47 il sonra ikinci Sovet Ittifaqı Qəhrəmanı adı ona verilmişdir.
Həzi Aslanovun qəbri bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış.1983 cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.
Tibb və Biologiya elmləri üzrə əsrimizin
loğmani - Mirməmmad Cavad oğlu Cavadzadə 1927-ci ildə mayın 18-də lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə 1 №-li lənkəran şəhər orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakultəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb Institutundakı urologiya kafedrası asperanturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmagla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə M.C.Cavadzadə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adını alır. 1963-cü ildə M.C.Cavadzadə Bakıya dəvət olunur və mısabiqə yolu ilə Ə.Əliyev adına Azərbaycan Dçvlət həkimləri Təkmilləşdirmə Institutunun urologiya və operativ nefrelogiya kafedrasına müdir seçilir.Doğma Azərbaycana qayıtdıqdan sonra o, böyük çətinlikləri dəff edərək, yüksək səviyyəli elmi-klinik müəssisə yaratdı. Beləliklə də müasir klinika özünün məktəbini və urologiya elmində istiqamətinin təməlini qoydu. M.Cavadzadənin rəhbərliyilə bir neçə xəstəxananın urologiya şöbələri birləşdirildi və respublikada urologiya və onunla əlaqədar elmlərin inkişafına təkan verildi.
M.C.Cavadzadənin elmi tədqiqatları xarici çlkələrdə geniş şöhrət tapmış, 20 dəfədən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.
Akademik Tyer (1967), Buxarest (1968), Roston (1969), London (1970), Belqard (1971), Paris (1972, 1979, 1987), Tehran (1975), Praqa (1976), Bağdad (1977), Afina (1980), Barselona (1981), Vyana (1982), San-Fransisko (1982), Sofiya (1983), Bonn (1985), Budapeşt (1986), Irak (1988), Yunanıstan (1989) və başqa şəhərlərdə mühazirələr oxumuşdur.
Mirməmməd Cavad oğlu Cavadzadə 1964-cu ildən professor, 1967-ci ildən əməkdar elm xadimidir.
M.C.Cavadzadə dərin elmi intuisiyaya, analitik düşüncəyə, fenomenal yaddaşa, heyrətlandirici əməksevərliyə və xüsusi təşkilatçılıq bacarığına malikdir.
Teymur bəy Bayraməlibəyov
Teymur bəy Bayraməlibəyov 1862 ci il abqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində andan olmuşdur. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. ONlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarınd Muğana köçmüşlər. Molla xana təhsili nəticasində ərəb və fars dillərinə yiyələnən Teymur bəyin xüsüsi istedadı, geniş mütaliəsi ailəsinin yaxın adamlarının diqqətindən yayınmır. Qardaşının təklifi ilə o Lənkəranda ikisinifli rus məktəbinə gedir. Yerli ziyalılar belə bir istedadlı gəncin yetişməsinə kömək etməyə başlayırlar. O Tiflisdə yenicə açılmış feldşerlik məktabinə təhsil almağa göndərilir. O burada öz şəxsi hesabına deyil, Bakı torpaq Şöbəsinin xərci ilə oxuyurdu. Burada olduğu illərdə Gori Müəllimlər Seminariyasında Azərbaycan Şöbəsi fəaliyyətə başlayır. Teymur bəy böyük məhəbbətlə öz sənədlərini buraya verir və 1879 cu ildə seminariyanın Azərbaycan şöbəsinə daxil olur. O bu seminariyaya daxil olan ilk 3 Azərbaycanlıdan biri idi. Onunla yanaşı Şuşadan S.Vəlibəyov, Naxçıvandan isə M.Xəlilov ilk üçlüydə yer alırdılar.O Gori Seminariyasını bitirdikdən sonra Lankarand rus məktəbində dərs deməyə başlayır. O bura gələndə şagirdlərin sayı cəmi 4 idi. Beş ildən sonra bu 30-a çatdı. Onun burada işlədiyi müddətdə şəhər məktəbini ümumilikdə 270 nəfər lənkəranlı bitirir.
O həmçinin əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman bakıda rus dilində çıxan Kaspi qəzetində Lənkəran qəzetinin bölgə müxbiri kimi çıxış etmişdir. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H.Zərdabi və digərləri ilə yanaşı o da tez-tez bu qəzetdə çıxış edirdi.
O topladığı şifahi ədəbiyyat nümünələrini Tiflisdə nəşr olunan Sbornik Materialov dlya opisaniya mestnostey i plemen kavkaza(SMOMPK məcmusuna da göndərirdi.
Teymur bəy qadınların təhsil almasına böyük önəm verirdi. 1907 ci ildə onun ciddi səyi nəticasində Lankəranda Ünas(Qızlar ) məktəbi açılmışdır.
Atasının davamçısı olan Məryəm xanım həmin məktabin müdiri və davamçısı olmuşdur.
Teymur bəyin Nüfüzü və təşkilatçılıq qabiliyyəti Müsavat partiyasının lideri M.Ə.Rəsulzadəninn diggətini cəlb etmişdi. O onunla yaxın əlaqəlar yaratmışdı. 1917-ci ildə M.Rəsulzadə Lənkərana gəlir. Ilk dəfə olaraq Lənkəranda Müsavatın şöbəsi yaradılır. Bayraməlibəyov yekdilliklə şöbənin sədri seçilir. O tezliklə Lənkəranda güclü təşkilat yaratmağa nail oldu. Təsadufi deyil ki, o qəzada baş verən bütün hadisələrə müdaxilə edir. Denikinçilərin Lənkəranda törətdiyi azğınlıqlara etiraz əlaməti olaraq o 1918-ci ilin noyabrında bakıya gələrək Azərbaycan Xalq Cumhuriyyətinin xarici işlər nziri, bir qədər sonra isə ingilis generalı Tomsonla görüşərək yaranmış vəziyyətlə əlaqədar təsirli tədbirlər görülməsini tələb etmişdi. Rusiyanın Azərbaycanı işğal etməsi ilə əlaqədar Lənkəranda Musavatınfəaliyyəti dayanır. Sonra o bakıya köçür və burada 67№-li məktəbdə müəllim işləyir.
Onun yaradıcılığında çoxsaylı əfsanə və rəvayətlərin toplanması mühüm rol oynamışdır. O Azərbaycanın ilk folklorşğnas alimi olmuşdur.
Azərbaycanın görkəmli ziyalısı Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir.
Azərbaycanın ilk general leytenantı-Mir Mustafa xan Talışlı.
Mir Mustafa xan Azərbaycan tarixinda diplomat, sərkərdə və dövlət xadimi kimi bir iz qoyub getmişdir. O Lənkəranın böyük xanı Qara xanın oğlu olmişdur və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747 ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir.
Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi.Bir neçə dəfə Peterburqa səfir göndərmişdi.Iran şahlığı lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu.
Dövrün bir çox tarixçiləri , səlnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər.
Onun hakimiyyəti dövründə 3 dəfə Ağa məhəmməd şah Qacar və Fətəli Şah Qacar hücum etmişlər. Hər iki xanın hər üç hücumu məğlubiyyətlə nəticələnmişdir.
Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy talışlı 1796 cı il mart ayının 12-də II Yekatrinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır. Talış xanlığının Rusiyaya meylini nəzərə alaraq Mir Mustafa xanı Talışlını 1796-cı ildə mart ayının 12-də general mayor rütbəsi ilə təltif etmişdir. IIYekatrinanın vəfatından sonra hakimiyyətə keçən II Pavel qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Talışa hücum etdi. Lakin bu hücum uğursuzluqla nəticələndi. 1800-cu ildə talış xanlığı Rusiyanın himayəsi altına keçdi.Ağa məhəmmədin vəfatından sonra hakimiyyətə keçən Fətəli Şah Qacara da eyni ilə Azərbaycanı özünə tabe etmək istəyirdiç Onun Lənkərana etdiyi hər üö hucum uğursuzluqla nəticələndi. 1812 ci ildə Abbas Mirzə başda olmaqla Iran qoşunu Lənkəran və Ərkivan qalalarını ələ keçirdikdə MIr Mustafa xan yenidən öz diplomatik bacarığından istifadə etdi və Rus qoşunlarını köməyə çağırdı. 1813 cü il yanvarın 1-də ruslar Lənkəran qalasını geri qaytara bildilər. I Aleksandr talış xanı və və sərkərdəsi Mir Mustafa xanı general-leytenant rütbəsi ilə təltif etdi. Mir Mustafa xan 1814-cü il iyul ayının 26-da Lənkəranda vəfat edir. Düz 105 ildən sonra 1919 cu ildə qəbei sökülmüş və sümükləri Kərbəlaya aparılmışdır.
Hazırda Lənkəranın mərkəzi küçələrindən biri igid xanın adını daşıyır.
Vagif
NağıyevTexnika elmləri doktoru, professor , akademik , tibb xidməti general mayoru V. Nağıyevi respublikamızda çox az adam tanıyır. O 1941 ci il aprelin 20-də Lənkəranda dünyaya göz açıb. Evləri Kiçik bazar ərazisində indiki Universamın ərazisində olub. Az sonra valideynləri Bakıya köçür , burada Vagif 134 saylı ora məktəbdə oxuyur. 16 yaşında Neft və Kimya Institutuna qəbul olunur Institutu bitirəndən sonra bir ilə yaxın Elmlər Akademiyasında işləyir. Sonra Moskvay a gedir və elmini artırmaqla məşğul olur. 1965 ci ildən o elektron sənayesi üçün mühüm əhəmiyyət kəsb edə n yarımkeçiricilərin tədqiqi ilə məşğul olurdu. Gərgin axtarışlar səmərəsiz qalmır, o 27 taşında Moskva Polad və Ərintilər Institutunun elmi şurasında namizədlik dissertasiyasını müdafiə edir.1970-ci ildə o Siolkovski adına Moskva Aviasiya Texnologiya Institutunun radio elektron aparatlarının istehsalı texnologiyası kafedrasında işləməyə başlayır. , kafedranın dosenti kimi işləyir. 1971 ci ildə EHM-lərin blok və qurğuları üçün termoelektrik sərinləşdirici qurğuların layihələşdirilməsinin maşın metodlarının hazırlanması və tətbiqi sahəsində kompleks işinə görə A.S.Popov adına fəxri fərmana layiq görülür. 1986-cı ildə dekabrın 5-də ona texnika elmləri doktoru alimlik dərəcəsi verildi. Bir il sonra o SSRI elektron sənayesinin fəxri işçisi oldu. Vagifin elmi fəaliyyətində ultrasəs diagnostik tibbi texnikanın hazırlanması, klinikalarda tətbiqi əsas yer tuturdu. O SSRI-də bu sahənin yaradıcılarından biri idi. Onun 23 ixtirası müəlliflik şəhadətnaməsi alıb.
Nağıyev 1988-ci iin yanvarında SSRI Səhiyyə nazirliyinin tibbi texnika üzrə Umumittifaq Elmi Tədqiqat Sınaq Institutunda ultrasəs diaqnostik tibbi aparatların hazırlanması və koordinasiyası şöbəsinin müdiri və həm də Səhiyyə Nazirliyində bu vu sahənin rəhbəri təyin olundu. SSRI dağılandan sonra hər iki vəzifə RF Səhiyyə Nazirliyinə keçdi.Vagifi təkcə Rusiyada deyil xarici ölkələrdə də yaxşı tanıyrdılar. O 1991 ci ildə 2 5 yanvarda SSRI EA nın həgigi üzvü seçilmişdi. Ittifaq dağılandan sonra isə o RF EA-na keçdi. Belə bir ad sovet hakimiyyəti dövründə hələ heç bir azərbaycanlıya nəsib olmayıb. 1992-ci il dekabrın 3-də Italiyaya uçacaqdı. Ürəyi qəfil dayandı. 51 yaşlı akademik onu yola salmağa gələn 3 nəfər gəncin gözü qarşısında dünyadan köçdü. Cibindəki valyuta və pullar elə oradaca yoxa çıxdı.Onu Moskvada Fəxri Xiyabanda basdırmaq istəyirdilər. Lakin qohumalrı razı olmadı və o Bakıya gətirilib Yasamal qəbirstanlığında dəfn edildi.
Həqiqət Rzayeva
1907-ci ildə Lənkəranın Darqoba kəndində anadan olmuşdur. Ilk təhsilini Lənkəranda qızlar məktəbində, sonra isə 1923-cü ildə Bakı Pedaqoji Texnikumunda almışdır. 1928-32-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxumuşdur.
1927-52-ci illərdə Azərbaycan Opera və Balet Teatrın solisti olmuş, muğam və xalq mahnılarının mahir ifaçısı kimi şöhrət qazanmışdır. O, A. Zeynallı adına Bakı Müsiqi Məktəbində dərs demiş, Azərbaycan Opera və Balet Teatrında muğam şöbəsinin məşqçi pedaqoqu işləmişdir. Bir çox kinofilmlərə çəkilmişdir. 1940-cı ildə respublikanın əməkdar artisti 1943-cü ildə xalq artisti adı almış, "Şərəf Nişanı" ordeni və mədallarla təltif edilmişdir. Çoxlu ölkələrdə qastrolda olmuşdur.