İQTİSADİYYAT
Coğrafi mövqeyi.
Azərbaycanın ən gözəl guşələrindən olan Lənkəran respublikanın cənub lərqində, əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Okean səviyyəsindən 28 metr aşağı olan Lənkəran ovalığında yerləşən Lənkəran şimaldan Masallı, qərbdən Lerik, cənubdan Astara rayonları ilə hemsərhəddir. Şərqdən isə Lənkəran mavi Xəzərlə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla, cənuba doğru getdikcə ensizləşir.Əhali. Lənkəranda 193000 nəfər əhali yaşayır. Əhalinin sıxlığı hər kvadratmetrə 126 nəfər olmaqla respublika üzrə orta göstəricidən 40% çoxdur. Əhali əsasən təbii artım hesabına çoxalır, 29%-ə qədəri şəhərdə, 71%-ə qədəri isə kəndlərdə yaşayır.
Lənkəran əmək ehtiyatları ilə yaxşı təmin olunmuşdur. Əmak ehtiyatları əhalinin 53,3 %-ni təşkil edir.Işləyən əhalinin 37%-i kənd təsərrüfatında, 13%-i sənaye və tikintidə, 40 %-i qeyri istehsal sahələrində çalışır.
Iqlimi. Lənkəranın iqlimi rütubətli subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraq keçən isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Günəş radiasiyasının illik miqdarı 125-134kkal/sm2-a çatır. Havanın orta illik hərarəti 14oS-dir. Yanvar(3,4o) ən soyuq ay, iyul (25,1oS) ən isti aydır. Yağıntının illik miqdarı 1400-1600mm-dir. Yağıntının çox hissəsi iyulda düşür. Rütubətli subtropik şəraiti ilə ərazidə sarı torpaqlar geniş yayılmışdır.
Çaylar. Lənkəran çay şəbəkəsinin nisbətən sıx olması ilə digər regionlardan fərqləni. Burada Bəşəruçay, Lənkərançay, Veravulçay, Ləkər, Xanbulançay, Boladiçay bə digər çaylar yağış suları ilə qidalanır və Xəzər dənizinə tökülür. Çaylar yaz və payız fəslində gur axır. Çayların suyundan suvarmada istifadə etmək üçün Xanbualançay su anbarı və suvarma şəbəkələri yaradılmışdır. Təbii su obyektlərindən su götürmənin illik həcmi 66 milyon kubmetrə çatır.
Təbii ehtiyatlar. Lənkəran özünün təbii ehtiyatları ilə məşhurdur. Ərazi çaydaşı, qum, gil, Xəzərin sahillərində balıqqulağı çöküntüləri ilə örtülmüş, Talış dağlarında isə vulkan mənşəli suxurlar yayılmışdır. Rayonda müalicəvi əhəmiyyətli termal və mineral su mənbələri vardır(Isti su).
Xəzərin Lənkəran sahilləri yaxınlığında neft və qaz ehtiyatları olan 4 perspektiv struktur aşkar edilmişdir: Lənkəran dəniz, Talış dəniz, Şahağacı dəniz və Lerik dəniz. Bu yataqların birində Lənkəran dəniz də ilkin kəşfiyyat işləri başa çatdırılıb və verilən məlumata görə həmin strukturda zəngin neft və qaz ehiyatı aşkar edilib.
Lənkəranın bitki və heyvanlar aləmi daha çox zəngindi. Relikt və endemik bitkilərin məkanı olan Talış meşələri dünyada məşhurdur. Burada bitən 150 növ ağac və kolun 36 növü endemikdir, yəni yalız Lənkəran ərazisində mövcüddur. Meşələrdəki dəmirağac, ürəkyarpaq qızılağac, əbrişin, mantar, ekvalipt, məxməri ağcaqayın, azat (nil), şabalıdyarpaq palıd, Lənkəran akasiyası, Hirkan şümşadı və ənciri, Xəzər lələyi və digər ağaclar floranın nadir inciləridir. Bundan başqa meşələr cır meyvə ağacları, dərmən və kol bitkiləri ilə zəngindir.
Lənkəranda əsas meşə ağacı olan şabalıdyarpaq palıd(Querus castanoifolia) Lənkəran meşələrinin ən nadir incilərindən biri, üçüncü dövrün relikt ağacıdır. Bu ağacın hündürlüyü 40-45m-ə çatır.
Lənkəran meşələinin şahı olan dəmir ağacı(Parrotia persica) Lənkəranda dəniz səviyyəsindən 250m-ə qədər üksəklikdə yayılıb. Çox qiymətli oduncağı olan bu relikt ağac da üçüncü dövrün yadigarıdı. Dəmir ağacının xüsusiyyətlərindən biri də onun qışda öz yarpaqlarını tam tökməməsidir, yarpaqlar quruyur və ağacın üzərində qalır.
Azərbaycanda yalnız Lənkəranda bitən Azat (nil) ağacına(Zekova carpinfolia) düzənlik və dağ yamaclarında , dəniz səviyyəsindən 1300m-ə qədər hündürlükdə rast gəlmək olar.
Lənkəran meşələri həmçinin fıstıq, palıd, ağcaqayın və s. mebel sənayesi üçün qiymətli xammal olan ağac növləri ilə də zəngindir.
Qədim ağac növlərini və heyvanlar aləmini mühavizə etmək məqsədilə Lənkəranda Hirkan(meşə) və Qızılağac(quş) dövlət qoruqları yaradılmışdır. Qızılqaz, qırqovul, turac, sultan toyuğu, hacıleylək, qu quşu, boz vağ, ağ qartal Qızılağac qoruğunun daimi sakinləridir. Qoruqda 270 quş növünə rast gəlmək mümkündür.
Əlverişliiqtisadicoğrafi mövqeyi, füsunkar təbiəti, qədim dünyanın qüdrətli dövlətləri ilə əlaqəsi, qərblə şərqi birləşdirən əsas karvan yollarını qovşağında və Xəzərin sahilində yerləşməsi onun inkişafını xeyli sürətləndirmiş və 1743-cu ildə lənkəran Talış xanlığının mərkəzinə çəvrilmiş, Lənkəran şəhəri xanlığın paytaxtı olmuşdur. Münbit torpaqları, bol suyu və mülayi iqlimi olan Lənkəranda çəltikçilik və ziraət əhalinin ən qədim məşğuliyyəti olmuşdur. Bununal yanaşı kətançılıq, bağçılıq, ipəkçilik, arıçılıq, ovçuluq, balıqçılıq və maldarlıq yaxşı inkişaf etmişdir. Dəmirçilik, misgərlik, dulusçuluq, zərgərlik, gəmiçilik və sair sənət növləri geniş yayılmış və Lənkəranı sənətkərlar şəhərinə çevirmişdir.
Xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynamış, Iran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə yanaşı uzaq Çin, Pakistan və Hindistanla ticarət əlaqələri yaradılmışdır. Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Lənkəran imperiyanın ucqarlardakı əsas şəhərlərindən biri olmuş, burada kənd təsərrüfatı istehsalı və xalq sənətkarlığı ilə yanaşı, taxta, kirəmid və kərpic zavodları, şəkər qamışından qənd, üzüm, balıq məhsulları istehsal edən sənaye müəssisələri yaradılmışdır. XVIII-XIX əsrlərdə lənkəran düyü, kətan, ipək, tərəvəz, meşə və balıqçılıq məhsullarının Azərbaycan ərazisində ən iri ixracatçılarından biri idi.
Lənkəran rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil olunmuşdur. Rayonun sahəsi 1,53 min kvadratkilometrdir. Ərazinin 18%-ni kənd təsərrüfatına yararlı, 20%-ni meşə, 42%-ni su altında, 22 %-ni sair torpaqlar təşkil edir. Ərazidə iki şəhər- Lənkəran və Liman şəhərləri, 6 qəsəbə(Gərmətük, Nərimanabad, Haftoni, Avrora, ) , 85 kənd vardır.
Lənkəranın zəngin və əlverişli iqlim şəraiti kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına səbəb olmuşdur. Aqrar bölmənin əsasını tərəvəzçilik, çayçılıq, sitrus və subtropik meyvəçiliyi təşkil edir. Bundan başqa üzümçülük, arıçılıq, baramaçılıq və heyvandarlıq inkişaf etdirilir
Çayçılıq
Lənkəranda ən çox inkişəf etmiş kənd təsərrüfatı sahələrindən biridir. XX əsrin birinci yarısında çay bitkisi Azərbaycana da gətirildi və 1932- ci ildə Lənkərand ilk çayçılıq təsərrüfatı(Kirov adına sovxoz) yaradılmış və 50 hektar sahədə çay əkilmişdir. Bir qədər sonra rayonda ikinci çayçılıq təsərrüfatı Avrora sovxozu yaradılıb. Sonralar sənaye əhəmiyyətli çay plantasiyaları salınmış, çayçılığın və çay sənayesinin inkişafı üçün bir sıra tədbirlər görülmüşdür.. 1970-85-ci illərdə çayın e malı və qablaşdırılması ilə məşğul olan 5 fabrik tikilib istifadəyə verilmişdir. Dünya sərgilərində nümayiş etdirilən Azərbaycan bitkisi çayı 1981-ci ildə qızıl medala layiq görülmüşdür. Çayçılığın və çay sənayesinin inkişafı sahəsində həyata keçirilən bir çox tədbirlərin nəticəsidir ki, lənkəran rayounda 1988-ci ildə çay əkmələri 6878 hektara, o cümlədən məhsul verən yaşda çay əkmələri 3449 hektara çatdırıldı. Həmin ildə Lənkəranda yaşıl çay yarpağı istehsalı rekort göstəriciyə 16335 tona, çayçılıqda orta məhsulddarlıq isə 4,7 tona çatdı. Lənkəran çayı bu dördə nəinki respublilkamızda, eyni zamanda keçmiş SSRI-nin əksər ölkələrində və xarici ölkələrdə də şöhrət qazanmışdı.Lakin sonrakı illərdə təsərrüfatda və emal müəssisələrində bir çox nöqsanlar da buraxılmışdır ki, bu da sonralar Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçdikdən sonra özünün mənfi nəticələrini göstərməyə başladı. Belə ki, təsərrüfatlarda və emal müəssisələrində kəmiyyət dalınac qaçaraq , səmərəlilik göstəricilərinə, məhsulun keyfiyyətinə lazımi diqqət yetirilmədi.
Respublikamız müstəqillik qazanandan sonra bir çox obyektiv səbəblərin mənfi təsiri çayçılıqdan da yan keçməmişdir. 1987-ci ildən başlayan erməni təcavüzü və iqtisadiyyata dəyən milyardlarla ziyan Lənkəranda da iqtisadiyyatın bütün sahələrinə, o cümlədən çayçılığa da böyük ziyan vurmuşdur. Həmçinin, keçmiş SSRI-nin bir çox müəssisələri ilə əvvəllər mövcüd olmuş əlaqələrin qırılması da özünün mənfi təsirini açıq biruzq vermişdir.
Bazar iqtisadiyyatına keçid dövründə güclü rəqabət şəraitində yüksək keyfiyyət göstəricilərinə malik Lənkəran çayı xarici ölkələrin, xüsusən Şri Lanka(Seylon) və Hindistan çayları ilə rəqabətdə davam gətirə bilmədi. Bu eyni zamanda yaşıl çay yarpağının istehsalının aşağı düşməsinə səbəb oldu. 1998-ci ildə rayonda 294 ton olmuşdur ki, bu da 1988-ci ildəkindən 55,6 dəfə azdır. 2000-ci ildə 551 ton yaşıl öay istehsal edilib kiö bu da 1999-cu ilə nisbətən 392 ton və ya 41,6 % azdır. Son illər Lənkəranda bu sahənin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir. 2000-ci ildə Lənkəran Çay-1 və çay çəkici fabriki xarici şirkətlərlə (Türkiyənin Azərsun şirkəti ilə) birgə müəssisələr yaradılmasına başlanmışdır. Bu da çay sənayesinin inkişafına və lənkəran çayının əvvəlki şan şöhrətinin ona qaytarılacağına böyük inam yaradır.
Lənkəranda kənd təsərrüfatının ənənəvi və ən inkişaf etmiş sahələrindən biri də tərəvəzçilikdir. Keçmiş SSRI Nazirlər Sovetinin 1963-cü il tarixli qərarına əsasən Moskva və Leninqrad şəhərlərinin, RSFSR-in digər şəhərlərinin və sənaye mərkəzlərinin əhalisinin faraş tərəvəzə olan tələbatını ödəmək üçün Lənkəran bölgəsində faraş tərəvəzçiliyin inkişafı ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Tərəvəzçiliyi, eləcə də çayçılığı inkişaf etdirmək məqsədilə Lənkəran rayonunda Yuxarı Xanbulançay Su Qurğuları kompleksi, baş magistral kanallar, təsərrüfatlararası qapalı və açıq tipli suvarma şəbəkələri tikilib istifadəyə verilmişdir. Bu dövrdə aparılan islahatlar nəticəsində Lənkəranda ildə 200000 tondan çox tərəvəz istehsal olunmuşdur. Respublika tərəvəzinin 40%-dən çoxunu verən Lənkəran faraş tərəvəzi keçmiş ittifaqın 900-dən artıq şəhərinə göndərmişdir. Ona görə də Lənkəran rayonu keçmiş ittifaqın bostanı adlandırılırdı.Lənkəran rayonunda 1982-ci ildə 198955 ton tərəvəz istehsal edilmişdir, bunun 18677 tonu respublika bazarına, 125000 tonu SSRI-nin digər şəhər və regionlarıa göndərilmişdir.
Rayonun təsərrüfatları faraş tərəvəzlərin kələmin, pomidorun, badımcanın istehsalı və satışına həmişə böyük diqqət yetirmişlər.
Lənkəranda inşa edilmiş Lənkəran meyvə tərəvəz konservi kombinatının tikilməsi də bu sahənin inkişafında mühüm addım olmuşdur. Kombinat ildə 85 milyon şərti banka konserv istehsal etmək gücündədir. Lənkəranın meyvə tərəvəz emalı müəssisələrinda təkcə Lənkərandan deyil qonşu rayonlardan da, həmçinin respublikamızın müxtəlif regionlarından də tərəvəz və meyvə məhsulları daxil olur.
Azərbaycan Elmi Tədqiqat Institutunun Bölgə Təcrübə Stansiyasının elmi işçiləri dəyərli məsləhətləriylə tərəvəz və çay becərənlərə köməklik göstərirlər
Müstəqillik qazanandan sonra kənd təsərrüfatı da bazar iqisadiyyatının şərtlərinə uyğun olaraq inkişaf etdirilir. Yeni aqrar islahatlar həyata keçirilməkdədir. Lənkəranda da bu islahatlar böyük uğurla həyata keçirilir.
Bunların nəticəsində 180-dan öox müxtəlif mülkiyətli özəl təsərrüfatlar yaradılmış, 80000 nəfər təsərrüfat subyekti yaratmadan torpaq payını almışdır.Torpaq islahatının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi, keçmiş kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi digər sahələrlə müqayisədə kənd təsərrüfatında yeniləşmənin daha sürətlə aparılmasına şərait yaratmışdır. Ləğv edilmiş təsərrüfatlarda 12877 hektar torpaq sahəsi özəlləşdirilmiş, 135 min nəfər, yaxud 27944 ailə torpaq payçısı olmuş, 136 fermer təsərrüfatı yaradılmışdır.
Respublikada 6 nümünəvi özəl təsarüfatlardan birinin Lənkəranda mamusta sovxozunun bazasında yaradılmışdır.
Tərəvəz əkin sahələri ilə yanaşı taxılçılğın inkişafına da böyük diqqət yetirilir. Hazırda əkin sahəsinin 20 % də dənli bitkilər, 60 % -də tərəvəz, bostan, kartof və 20 %-də digər bitkilər əkilir.
Lənkəranda ictimai heyvandarlığı islahatı ilə əlaqədar dövlət bölməsində saxlanması səmərəsiz mal-qaranın özəllləşdirilməsi başa çatdırılmışdır,Indi mal qara fərdi fermer və kooperativ təsərrüfatlarda saxlanılır. Malqaranın baş sayı 46,3 min başa çatmış,ət istehsalı 3,5%, süd istehsalı isə 4,5 % artmışdır. Lənkəran heyvandarlıq məhsulları istehlakçısından həmin məhsulların istehsalçısına çevrilmişdir və özünü həmin məhsullarla təmin edir.
Lənkəran sitrus bitkiləri diyarı adlandırılır Burada feyxoa, narıngi, portağal, kinkan, limon və digər bitkilər yetişdirilir. Keçmiş ittifaqın dağılması, ənənəvi iqtisadi əlaqələrin qırılması və satış bazarının itirilməsi ilə əlaqədar olaraq əkin strukturunda xeyli dəyişiklik edilmişdir.
Lənkəran inkişaf edən sənaye rayonudur. Sərbəst balansda olan 27 sənaye müəssisəsi və respublika iri sənaye müəssisələrinin bir neçə filialları, istehsl vahidləri Lənkəranda fəaliyyət göstərir. Xalq təsərrüfatının bütün sahələri üzrə ali və orta ixtisas təhsilli kifayət qədər mütəxəss vardır.
Sənayenin inkişafı 1970-80-cı illərdə daha sürətlə getmiş, bu dövrdə güclü sənaye potensialı yaradılmışdır. Lənkəran çayı, tomat pasta və şirəsi, feyxoa kompotu və mürəbbəsi, tərəvəz konservi, qara kürü, duzlanmış kilkə, balıq konservləri və digər məhsulları ilə dünya şöhrəti qazanmışdır. Yerli xammalın emalına əsaslanan yeyinti məhsulları sənayesi rayonun iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Ümumi sənaye məhsulunun 90%-dən çoxu bu sahənin ğpayına düşür. Yeyinti sənayesinin sahə tərkibində çay və tərəvəz emalı məhsulları üstünlük təşkil edir. Bununla yanaşı, rayonun iqtisadiyyatında yüngül, tikinti materialları, elektron, elektrotexnika və ağac emalı sahələri də mühüm rol oynayır. 1970-85-ci illərdə kosmik tədqiqatları elm-istehsalat birliyinin konstruktor bürosu, tikiş fabriki, cihazqayırma, süd, kondensator zavodları, tərəvəz konserv kombinatı və digər obyektlər sənayenin xəritəsinə daxil olmuşdur. Televiziyaötürücü qüllə, müalicə pansionatı, səadət sarayı, ziyalılar evi, çay və kitab evləri, və digər obyektlər tikilib istifadəyə verilmişdir.
Balıqçılıq sənayesi müəssisələri ildə 13,5 milyon şərti banka konserv, çay emalı üzrə ixtisaslaşmış beş fabrik 15 min ton çay, tikinti materialları sənaye müəssisələri 50 min kubmetr dəmir-beton məmulatları və 6 mln kərpic, ət və süd sənayesi müəssisələri 12 min ton ət, 15 min ton üzlük süd məhsulları, tikiş və toxuculuq müəssisələri bir milyon ədəd tikiş və toxuculuq məmulatları, mebel fabriki 6 min dəst mebel istehsal etmək gücündədir. Kondensator və geofiziki cihazqayırma zavodlarında elektrotexnika vamaşınqayırma sahələri üzrə bir çox yeni məhsulların istehsalının mənimsənmilməsinə kifayət qədər imkan vardır.
Lənkəranda 15 tikinti idarəsi vardır. Bu idarələrin köməyilə bir çox sənaye müəssisələri, mədəni-məişət obyektləri tikilmiş və yaşayış sahələri istifadəyə verilmişdir.
Xidmət sahələrinin güclü infrastrukturuna malik olan Lənkəranın güclü inkişaf etmiş nəqliyyat, enerji təminatı, mühəndis-kommunikasiya və rabitə xidməti müəssisələri vardır.
Lazımi qədər keçid yolları və yükboşaltma saxlama məntəqələri olan dəmir yolu və hava limanının olması Lənkəran nəqliyyat qovşağının əhəmiyyətini artırır. Xəzərin sahilində əlverişli imkanın olması isə dəniz nəqliyyatının inkişaına yaxşı şərait yaradır. Son dövrlər mövcüd olan iqtisadi problemlər, cənub bölgəsində yeganə aeroport olan, Lənkəran aeroportunun fəaliyyətini dayandırmasına səbəb olmuşdur. Sərnişin və yük daşımalarının əsas hissəsi avtomobil və dəmiryol nəqliyyatlarının payına düşür.
Lənkəranda rabitə xidməti də inkişaf etmişdir. Respublikanın bütün şəhərləri, MDB və bir sıra xarici ölkələrlə birbaşa qoşulmağ imkanı verən, 28 mindən çox abonenti olan avtomat telefon stansiyasi vardır. 2000-ci ildə rabitə sahəsində əldə olunan gəlir 3,5 milyard, əhaliyə göstərilən pullu xidmətin miqdarı isə 3,1 milyard manat təşkil etmişdir. Bununla yanaşı "Ipək yolu" beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində Asiya-Avropa rabitə kabelinin bir hissəsinin rayonun ərazisindən çəkilişi başa çatdırılmışdır ki, bu da rabitəninn beynəlxalq standartlar səviyyəsinə qalxmasına imkan yaratmışdır.
Respublikamızın hər yerində olduğu kimi bu gün Lənkəran əhalisi də ağır enerji problemi ilə üz-üzə dayanıb. Enerji çatışmamazlığı üzündən rayonun kəndlərində payız qış aylarında sutka ərzində 4-5 saat, yayda is nisbətən çox enerji verilir. Lənkəran şəhərinin enerji ilə təminatında da ciddi problemlər vardır.
2000-ci ildə Lənkəran iqtisadiyyatında bir çox sahələrində uğurlu nəticələr əldə edilmişdir. Sənaye istehsalı 2,3 % artmışdır. Sənayenin əsas sahələrindən olan yeyinti sənayesi 10,3 % artıma nail ola bilmişdir. Xüsussilə vurğulamaq lazımdır ki, xüsüsi sektorun çəkisi ildən ilə artmaqdadır. Bu il o 23, 4 faiz təşkil ətmişdir. Taxıl istehsalı 6741 ton, , kartof istehsalı 4767 ton, tərəvəz istehsalı 115722 ton , bostan bitkiləri istehsalı isə 18405 ton, meyvə 10392 ton, və yaşıl çay istehsalı isə 551 ton olmuşdur.Əkilmiş taxıl sahəsinin (2952hektar) 2064 hektarı buğda(69.9%), 418 hektarı çəltik(14,2%) olmuşdur.
Iqtisadiyyatın bütün sahələrində islahatlar davam etdirilmişdir. Indiyədək 554 obyekt və avadanlıq özəlləşdirilmiş, 29 orta və iri müəssisə səhmdar cəmiyyətə çevrilimişdir. Qalan ticarət , məişət və yanacaqdoldurma obyektlərinin özəlləşdiilməsi başa çatmaq üzrədir.Iqtisadiyyata xarici kapitalın cəlb edilməsinə diqqət artırılmışdır. Dünya bankı xətti ilə layihənin əvvəlindən 1 milyard 518 milyon manat kredit buraxılmışdır.
Sevindirici haldır ki, özəl müəssisələrin çəkisi istehsalatın bütün sahələrində artmaqdadır. 2000 ci ildə rayonda istehsal olunmuş 115 min ton tərəvəzin 89 %-ni , 4,4 min ton kartofun 95,7%-ni , 1,765 ton çəltiyin 95%-ni, 501 ton yaşıl çay yarpağının 80%-ni , heyvandarlıq məhsullarının 95%-ni özəl qurumlar və fərdi təsərrüfatlar vermişlər.
Lənkəran Lənkəran Astara bölgəsinin mədəniyyət mərkəzidir. Burada 1 universitet, 4 orta ixtisas, 2 uşaq musiqi məktəbləri, 56 məktəbəqədər , 7 məktabdən kənar müəssisə, 2 peşə litseyi, 88 məktab, 2 mədəniyyət sarayı, Dövlət dram teatrı, 2 muzey, şəkil qalereyası, 20-dən çox mədəniyyət, 80 səhiyyə müəssisəsi fəaliyyət göstərir.