Lənkəranın tarixi abidələri
Xan evi-Mirəhməd xanın evi
. Xan evi lənkəranın ən gözəl memarlıq abidələrindən biridir. 1913 cü ildə tikintisi başa çatdırılmışdır. Milli memarlıq elementlərindən bacarıqla istifadə olunmuşdur. Onun fasadları əlvan naxışlarla zəngindir.Evin tikintisini fransız memarları yerinə yetirmişlər. Onlar sarayı elektik üslubunda tikimişlər, bir çox inşaat materialları Lənkərana bakıdan gəmi ilə gətirilmişdir. Bu üç mərtəbəli saray şəhərin ilk çoxmərtəbəli binası sayılırdı. Onun şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daşla işlənmişdir. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülmüşdür. Evin giriş hissəsi şimal fasadında yerləşmişdir, ağ daşdandır. Giriş hissəsi qabağa çıxmış, plyastrla əhatə edilmişdir. Plyastrın yuxarısında mifoloji figurlarla bəzadilmiş konsolların üstündə ikinci mərtəbənin balkonu qurulmuşdur. Saray şəhərin mərkəzində, Dostluq parkı ilə üzbəüz yerləşir.
Lənkəranın məscidləri
. Lənkəranda ta qədimdən məscidlər xalqın inam yeri olmuşdur. Lənkəran şəhərində iki məscid olmuşdur. Biri Böyük bazarda XIX əsrdə, digəri isə 1904-cü ildə Kiçik bazarda tikilmişdir. Lənkəranın əksər qədim kəndlərində məscid olmuşdur. Ən qədim kənd məscidi Sutəmurdov kəndindək iHacı Novruzəli məscididir. Hal hazırda Lənkəranın bütün kəndlərində məscidlər var.Mayak və k
eçmiş həbsxana. Lənkəran qalası ilə eyni vaxtda 1747-86-cı illərdə tikilməsi ehtimal olunur. 1869-cu ilə kimi müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolu oynamışdır. Elə həmin ildə hərbi qala ləğv edilərək şəhər idarəsinin sərəncamına verilmişdir. Şəhər idarəsi Mayakın yuxarı hissəsinə minarə və işıqlandırıcı fanar qoymaq üçün əlavə olaraq uyğun qurğu qoydurmuş və onu Kaspi flotiliyasının hidroqrafik xidmətinə vermişdir. Hazırda mayak Xəzərdə üzən balıqçı gəmilərin, paraxodların təhlükəsizliyinə xidmət edir. Mayakın hündürlüyü fanarın qurğusuna kimi 30.5 metr, fanarla birlikdə is 33,4 metrdir.Mayak 1957-ci ildə yeniləşdirilərək enli dairəsinin üstü dəmirlə örülmüşdür.
Lənkəran
TeatrıLənkəranda teatrın yaranma tarixi XIX əsrə təsadüf edir. 1850-ci ildə lənkəranda ilk dəfə olaraq A.Qriboyedovun Ağıldan bəla komediyası səhnələşdirilmişdir. Bu barədə Peterburqda çıxan Severnaya Pçela qəzetinin Lənkəran mğxbiri həmin qəzetin 1850-ci il 91-ci nömrəsində yazırdI:" Lənkəranda teatr həvəskarları onlarca pyes tamaşaya qoymuşlar. Nəhayət onlar Qriboyedovun Ağıldan Bəla komediyasının bu yaxınlarda tamaşasını göstərmişlər. Yığılna pullar yoxsulların nəfinə sərf olunmuşdur."
1903-cu ildə Teymur bəy Bayraməlibəyovun təşkil etdiyi teatr həvəskarları qrupunda müəllimlər səhnədə aktyorluq edirdilər. 1905-ci ildə T.Bayraməlibəyovun dəvəti ilə öz truppasş ilə Lənkərana gələn Hüseyn Ərəblinski ilk səhnə uğurunu qazanır. Lənkəran teatr səhnəsində Vəzirovun Müsibəti Fəxrəddin faciəsində əsas ifaçı paraxoda kecikdiyindən Ərablinski həmin rolu dərhal bir gecədə əzbərləmiş, özünün məharətini nümayiş etdirmişdir. 1906-09 cu illərdə dörd sinifli şəhər məktabində M.Maqomayevin yaratdığı dram xor dərnəkləri beynəlmiləl xarakter daşımışdır. Burada həm rus , həm də azərbaycan dilində tamaşalar səhnələşdirilirdi. XIX əsrin sonu XX əsrin əvvəllərində lənkərandan olan məşhur aktyorlara misal olaraq Haşım Sadıqov, Qulam Zülfüqarov, Cahangir Daşdəmirov, Ramazan Mirzəbəyli, haşım kələntərli və idigərlərini misal göstərmək olar.
1920-ci ildə Məryəm xanım bayraməlibayovanın tə sis etdiyi Ünas qızlar məktəbində dram dərnəyi fəaliyyətə başlayır. Burada rolları ancaq qızlar ifa edirdilər. Buna qədər isə bütün tamaşalarda həm qadın həm də kişi rollarını kişiıər ifa edirdilər.
1930-cu ildə lənkəranda ilk dram teatrı yaradıldı. Bu teatra respublikanın əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik edirdi.
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrı isə 1973-cü ildə təşkil edilmiş, Mirzə Ibrahimovun yaxşı adam tamaşası ilə açılmışdır. Teatrın ilk direktoru Məbud Ismayılzadə olub.
Lənkəran teatrının səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri səhnələşdirilmişdir. Lənkəran teatrının yetişdirdiyi məşhur aktyorlardan respublikanın xalq artisti Həqiqət Rzayeva, əməkdar artistlər Hacı məmməd Qafqazlı, Cahan Talışinskaya, Münəvvər Kələntərli, Haşım kələntərli, Kamil Nəcəfov, Qəni vəliyev, Cəlil Məmmədov, Böyükxanım Əliyeva, Qabil Quliyev və nazir Əliyevin adını çəkmək olar.
Bu gün Lənkəran teatrı yenə də fəaliyyət göstərir. Lakin çox təəssüf ki, tamaşalar əvvəlki kimi tez-tez olmur və tamaşaçıların sayı xeyli azalmışdır.
Lənkəranda maarif.
Lənkəran tarix boyu Azərbaycana görkəmli ziyalılar, alimlər və müxtəlif sahələrdə yüksək ixtisaslı mütəxəssislər bəxş etmişdir. Sözsüz ki, bütün bunların kökündə təhsil və maarif durur.
XIX əsrə qədər Lənkəran əyalətində təhsil kiçik məktəblərdə və mədrəsələrdə həyata keçirilirdi. Bunların demək olar ki, hamısı dini tədris edirdi. Məktəb aşağı, mədrəsə isə yuxarı dərəcəli məktəblər hesab edilirdi. Aşağı dərəcəli məktəblər Lənkəranın bütün kəndlərində mövcüd idi. Burada əsasən ərəb və fars əlifbası öyrədilir, və Quranın oxunması vacib sayılırdı. Yalnız bundan sonra məktəblərdə anda dilində oxu təliminə başlanılırdı ki, bu artıq şagird üçün o qədər də çətinlik törətmirdi.
1835ci il mayın 12-də Zaqafqaziya məktablərinin ikinci Nizamnaməsi meydana çıxdı. Buna əsasən Lənkəran qəza məktəbi təsis edildi. Qəza məktablərinin hər biri 3 sinifdən ibarət olurdu.Birinci sinif hazırlıq sinifi adlanırdı. Ikinci və üçüncü siniflərdə şəriət, rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab və həndəsədən başlanğıc, hüsn-xətt, rəsm və şəkil , yerli dillər və s fənnlər tədris edilirdi.Məktəblərdə Rus dilinə daha çox yer ayrılırdı ki, bu da çarizmin russifikasiya siyasətinin əsas amillərindən biri idi.
1856-cı il sentyabrın 21-də Lənkəranda ilk ibtidai məktəb təsis edildi.
1850-ci ildə Lənkərand yeni müsəlman məktəbi açıldı. Məktabin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə məmmədəli Səfiyevin xüsusi xidmətləri olmuşdu.
XIX əsrin 70-ci illərində Lənkəran qəzasının 10 kəndində ibtidai xal məktəbi açılmışdı.
1896-cı ildə Lənkəranın Qızılağac kəndində məktəb açıldı və Gori Seminariyasını bitirən mahmudbəy Mahmudbəyov həmin məktəbə müəllim təyin edildi.
1848-ci ildə M.I.Qasir Lənkəranda yeni üsullu bir məktəb açmış və burada ana dilində dərs demişdir. Məktəbə 50-yə qədər uşaq cəlb olunmuşdu. Burada ana dili ilə bərabər fars və rus dilləri, ədəbiyyat, təbiət və s tədris edilirdi. Qasir həmçinin tədris vəsaiti də tərtib etmişdir. Qasirin məktəbini bitirənlər sırasında dövrün görkəmli ziyalıları o cümlədən general Səməd bəy Mehmandarov olmuşdur.